BMT pilotsuz təyyarələrin zərbələri nəticəsində dinc sakinlərin ölümünü araşdıracaq

BMT pilotsuz təyyarələrin zərbələri nəticəsində dinc sakinlərin ölümünü araşdıracaq
# 24 yanvar 2013 19:36 (UTC +04:00)

Bakı-APA. Birləşmiş Millətlər Təşkilatı pilotsuz təyyarələrin zərbələri nəticəsində Pakistanda, Əfqanıstanda, Somalidə və Yəməndə dinc sakinlərin ölümünü araşdırdığını bəyan edib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Britaniya hüquqşünası Ben Emersonun rəhbərliyi altında aparılacaq istintaqın diqqət mərkəzində əsasən pilotsuz təyyarələrin iştirakı ilə həyata keçirilən 25 zərbə olacaq. Bu hadisələr arasında, o cümlədən, Pakistanda 2011-ci ildə pilotsuz təyyarənin zərbəsi nəticəsində 40 dinc sakinin həlak olması faktı da yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR