Sumqayıt Dövlət Universiteti ABŞ universiteti ilə təcrübə mübadiləsinə başlayıb - FOTO

Sumqayıt Dövlət Universiteti ABŞ universiteti ilə təcrübə mübadiləsinə başlayıb - <span style="color: red;">FOTO
# 13 fevral 2013 09:33 (UTC +04:00)

Bakı-APA. Sumqayıt Dövlət Universiteti (SDU) ilə ABŞ-ın Yuta Ştatının Yuta Valli Universiteti arasında təcrübə mübadiləsinə başlanılıb. SDU-dan APA-ya verilən məlumata görə, universitetin rektoru, professor Nadir Qəhrəmanovun təşəbbüsü ilə ABŞ-ın Yuta Ştatının Yuta Valli Universitetinin tədris işləri üzrə prorektoru, professor Loretta Palmer SDU-nun professor-müəllim heyətinə mühazirə və seminarlar keçmək üçün dəvət edilib.

Təcrübə mübadiləsi ABŞ Dövlət Departamentinin “Fulbrayt” proqramı çərçivəsində reallaşdırılır. İki həftə ərzində davam edəcək təlim proqramında “Təhsilin qiymətləndirilməsi” mövzusunda silsilə xarakterli 6 mühazirə və seminar təşkil ediləcək.

Təlimlərin ilk günündəki çıxışı zamanı professor L.Palmer bildirib ki, mühazirə və seminarların məqsədi yeni təcrübələrin tətbiqinə yardım etmək, qarşılıqlı olaraq təcrübə mübadiləsini genişləndirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR