Qaxda fermada yanğın olub - FOTO

Qaxda fermada yanğın olub - <span style="color: red;">FOTO
# 31 may 2015 09:06 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qaxda məcburi köçkünlərin yaşadığı fermada yanğın olub.


Fövqəladə Hallar Nazirliyi (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Tanqıt kənd inzibati ərazisində, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı fermanın ərazisindəki ümumi sahəsi 700 kv/m olan mal damında baş verib.

Hadisə yerinə FHN-nin Qax rayon DYMH-nin iki, Şəki rayon DYMH-nin isə bir yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində mal damının çardaq hissəsi tamamilə yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənləri səyi nəticəsində fermanın ərazisində 2 məcburi köçkün ailəsinin yaşadığı iki ev və 15 ailəyə məxsus iri və xırda buynuzlu mal-qara yanğından mühafizə edilib.


Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR