Türkiyəli nazir: “Təbii qazın qiymətinə endirimlə bağlı Rusiya tərəfi ilə razılaşma əldə edilib”

Türkiyəli nazir: “Təbii qazın qiymətinə endirimlə bağlı Rusiya tərəfi ilə razılaşma əldə edilib”
# 21 avqust 2015 15:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Təbii qazın qiymətinə endirimlə bağlı Rusiya tərəfi ilə 10,25%-lik razılaşma əldə edilib.

APA-Economnics” xəbər verir ki, Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin saytında yerləşdirilən məlumata görə, bu barədə nazir Taner Yıldız Diplomatiya Müxbirləri Dərnəyinin üzvləri ilə görüşündə deyib.

Bununla belə nazir qeyd edib ki, bu razılaşma ilə bağlı hələlik saziş imzalanmayıb: “Bizim tərəfimizdən bir problem yoxdur. Qarşı tərəfin də istədiyi zaman bunu dəyərləndirə bilərik”.

T.Yıldız əlavə edib ki, “Türk Axını” ilə bağlı müzakirələr davam edir. “Hər iki ölkənin maraqlarını qoruması son dərəcədə təbii haldır”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR