İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən 6 ay ərzində beynəlxalq axtarışa verilmiş 50 nəfərin yeri müəyyən olunub

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən 6 ay ərzində beynəlxalq axtarışa verilmiş 50 nəfərin yeri müəyyən olunub
# 10 iyul 2015 15:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Bu ilin birinci yarısında təqsirləndirilən şəxslərin axtarışının nəticələri 0,4 faiz yaxşılaşıb, istintaqdan və məhkəmələrdən yayınan 1184 nəfər, müqayisə edilən dövrə nisbətdə isə 5,2 faiz çox şəxs tutulub” .

APA-nın məlumatına görə, bunu bu gün Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında görülən işlərə həsr olunmuş kollegiya iclasında nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib.

Nazir müavini qeyd edib ki, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 50 və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 25 nəfərin yeri müəyyən olunub.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR