Beynəlxalq Antikorrupsiya Akademiyasının illik konfransının iştirakçıları Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTOSESSİYA - VİDEO

Beynəlxalq Antikorrupsiya Akademiyasının illik konfransının iştirakçıları Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 noyabr 2014 07:50 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə iştirak etmək üçün 45 ölkədən nümayəndə heyəti Bakıya gəlib. Konfransdan əvvəl qonaqlar Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, tədbir 3 gün davam edəcək: “Hesab edirəm ki, tədbirin Bakıda keçirilməsi təsadüf deyil. Bu, Azərbaycanda korrupsiyaya qarşı mübarizə işlərinə verilən qiymətin təzahürüdür. Dünyanın 45-dən çox ölkəsindən, beynəlxalq təşkilatlardan qonaqlar Azərbaycana gəlib. Bir çox məsələlər müzakirə ediləcək və tədbirin sonunda müvafiq sənədlər qəbul ediləcək”.

Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri Martin Kreutner isə akademiyanın birinci ilik iclasının Vyanada, ikinci konfransın Tailandda keçirildiyini qeyd edib: “Bu gün üçüncü illik iclas Bakıda öz işinə başlayır. Akademiya 2010-cu ildə BMT-nin dəstəyi ilə beynəlxalq təşkilat kimi təsis edilib. 60 ölkə akademiyanın bəyannaməsini imzalayıb və üzv olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR