Bakıda binanın üzlüyü sökülərkən bədbəxt hadisə baş verib

Bakıda binanın üzlüyü sökülərkən bədbəxt hadisə baş verib
# 01 iyun 2015 07:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində binanın üzlüyü sökülərkən bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayon ərazisində, Atatürk prospekti 56 ünvanında qeydə alınıb. Binanın üzlüyü sökülərkən həyətdən keçən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kamil İlyas oğlu Nəhmədovun başına dəmir parçası düşüb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR