Rusiya xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio ilə görüşəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Lavrov Rusiya Diplomatiya Akademiyasında keçirilən səfirlər üçün dəyirmi masada bildirib.
Rusiya xarici siyasət idarəsinin rəhbəri amerikalı həmkarı ilə bu ay BMT Baş Assambleyası çərçivəsində görüşəcəyini qeyd edib.