Paşha Bank
Bank Of Baku

Mirzoyan: Ermənistanın KTMT-yə qayıtmağının mümkünlüyünü görmürük

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

© APA | Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

# 28 oktyabr 2026 12:59 (UTC +04:00)

Ermənistan KTMT-dəki işini çoxdan dayandırıb və üzvlüyünü dondurub.

Ermənistan mediasının xəbərinə görə, bu barədə xarici işlər naziri Ararat Mirzoyan təşkilatın sabiq Baş katibi Nikolay Bordyujanın sözlərini şərh edərkən deyib.

“Təşkilata qayıtmağımızın və münasibətlərimizin dəyişməsinin mümkünlüyünü görmürük”, - XİN rəhbəri İrəvanda sloveniyalı həmkarı ilə birgə brifinqdə bildirib.

Qeyd edək ki, Bordyuja Ermənistanın KTMT-dən çıxarılmasının vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR