Tanışını öldürən şəxsə hökm oxunub

Tanışını öldürən şəxsə hökm oxunub
# 11 mart 2015 12:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Vadim Naumovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə V.Naumov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 25-də Nərimanov rayonu Ağa Nemətulla küçəsi 23-də baş verib. Həmin ünvanın qarşısında daimi yaşayış yeri olmayan və küçələrdə tüfeyli həyat tərzi keçirən Vadim Naumov tanışı Rauf Hacıyevi boğaraq qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR