Kürdəmirdə narkotik istifadəçiləri tutulub

Kürdəmirdə narkotik istifadəçiləri tutulub
# 02 aprel 2015 15:57 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayonunda narkotik istifadəçiləri saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Kürdəmir Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Tofiq İsmayılov küçəsi ev 17-də yaşayan Əliyev Azər Maşallah oğlu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Onun üzərinə baxış keçirərkən istifadəsi və saxlanılması qadağan olunan 0,38 qram çəkidə heroin aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı A. Əliyev narkotik vasitəni rayonun Atakişili kənd sakini Kərimov Elxan Burxan oğlundan aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E. Kərimovdan da eyni çəkidə heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR