Qanunsuz yolla bank hesablarına girərək pul mənimsəmədə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb

Qanunsuz yolla bank hesablarına girərək pul mənimsəmədə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb
# 04 mart 2015 09:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz yolla bank hesablarına girərək pul mənimsəmədə təqsirləndirilən Fərid Hadıyev və digərlərinin məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması faktı aşkar edilib. Hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycan vətəndaşları Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç, Rusiya Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç şübhəli şəxs qismində tutulublar.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama), 271.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompyuter sisteminə qanunsuz daxil olma) və 272.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompüter sistemində məlumatları qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb. Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç və İfraimov Nair İlişayeviç təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR