Çingiz Məmmədov: “Azərbaycan komandasının ilk beşlikdə yer alacağına ümidliyik”

Çingiz Məmmədov: “Azərbaycan komandasının ilk beşlikdə yer alacağına ümidliyik”
# 29 aprel 2013 13:37 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunun püşkatma mərasimindən sonra brifinq keçirilib. APA-nın məlumatına görə, müdafiə nazirinin müavini, təşkilat komitəsi sədrinin 1-ci müavini general-leytenant Çingiz Məmmədov bildirib ki, Azərbaycan komandasının ilk beşlikdə yer alacağına ümidlidir: "Kubok keçicidir və qalib komanda kuboku özü ilə aparacaq. Yarışla əlaqədar dünyanın 15 ölkəsindən 600-dək idmançı Azərbaycana gələcək. Çempionatın açılışı qarşılaşması iyulun 2-də, final matçı isə iyulun 14-də "Dalğa-Arena" stadionunda keçiriləcək”.

Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, polkovnik Hamad Kalkaba isə bildirib ki, Azərbaycanda beynəlxalq səviyyəli yarışları keçirilməsi onun nüfuzunun göstəricisidir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR