Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 Mart - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 Mart - <span style="color: red;">VİDEO
# 04 mart 2015 17:14 (UTC +04:00)

Bakı-APA. Nəhənglərin oyunu davam edir, neytral meydançalarda... Yəni Ukraynada, Suriyada, İraqda.

Oyunçular isə dünyanın yeni qütbləşməyə doğru getdiyini birbaşa etiraf etmək istəməyən Rusiya və Qərbdir. Daha doğrusu, Rusiya və ABŞ. Bir neçə gün öncə "soyuq müharibəyə hazırda heç bir səbəb yoxdur" deyib, yeni, həm də köhnə müttəfiqləri ilə gizlin planlarının olduğunu açıqlayan Rusiyaya ABŞ-ın cavabı özünü çox gözlətmədi. Özü də həm prezident, həm Pentaqon generalı səviyyəsində. Özü də o general tərəfindən ki, bir yandan "Rusiya Ukraynanın şərq sərhədlərinə hərbi güc yığır" deyir, bir tərəfdən də adıçəkilən ölkəyə silah yardımını gündəmdə saxlayan ABŞ-ın Ukraynanın qərb sərhədlərindəki qoşunlarına komandanlıq edir. Qaldı Barak Obamanın sanksiyaların müddətini uzatması məsələsi, bu, Minsk razılaşmalarının sonu deməkdir. Sanksiyalar de-fakto işləməyən razılaşmaları de-yure dəfn etmiş oldu...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR