Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
# 07 sentyabr 2015 13:25 (UTC +04:00)

APA-nın xəbərinə görə, dövlət başçısı Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması ilə bağlı dərindən kədərləndiyini bildirib, Türkiyə prezidenti və şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Prezident İlham Əliyev bu dəhşətli terror aktının Azərbaycanda qətiyyətlə pislənildiyini vurğulayaraq, Azərbaycan xalqının daim dost və qardaş Türkiyə xalqının yanında olduğunu bəyan edib.

R. T. Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR