Kürdəmirdə yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib - VİDEO

Kürdəmirdə yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib - <span style="color: red;">VİDEO
# 28 fevral 2015 18:05 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov – APA. Kürdəmirdə yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. APA -nın yerli bürosunun məlumatına görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 40-dan çox sürücüyə protokol tərtib edilib.

Reyd zamanı şəxsi avtomobillərinin arxa şüşələrinin qanunla icazə verilməyən pərdə vuran, sürət həddini aşan, ötmə, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə, barələrində protokol tərtib edilib. Reyd zamanı sürücülük vəsiqəsi olmayan və içkili vəziyyətdə avtomobil idarə edən sürücülərə də rast gəlinib.

Bu cür reydlərin davamlı olacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR