Rusiya xarici işlər naziri və ABŞ dövlət katibi arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri və ABŞ dövlət katibi arasında telefon danışığı olub
# 07 fevral 2013 07:07 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, S.Lavrov C.Kerrini dövlət katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Xarici siyasət idarələrinin rəhbərləri konstruktiv dialoqa hazır olduqlarını bəyan ediblər. Bir saata yaxın davam edən söhbət zamanı ikitərəfli və aktual beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR