AMEA prezidenti: “Akademiyanın boş qalan həqiqi və müxbir üzv yerlərinə seçkilər prezident seçkilərindən sonra keçiriləcək”

AMEA prezidenti: “Akademiyanın boş qalan həqiqi və müxbir üzv yerlərinə seçkilər prezident seçkilərindən sonra keçiriləcək”
# 26 aprel 2013 11:18 (UTC +04:00)

Bunu APA-ya müsahibəsində AMEA prezidenti Akif Əlizadə deyib. Onun sözlərinə görə, AMEA-da seçkilərin dəqiq tarixi hələlik qeyri-müəyyəndir: “Hazırda bütün qüvvəmizi səfərbər edib, ölkə prezidentini seçməliyik. Bu istiqamətdə elmi idarələrimizin bütün potensialını toplayıb İlham Əliyevin namizədliyini irəli sürəcək və dəstəkləyəcəyik. Ondan sonra AMEA-da seçkilər məsələsinə qayıda bilərik. Mənə elə gəlir ki, indi AMEA-nın yeni üzvlərinin seçilməsinin zamanı deyil, bu məsələ təxirə salına bilər”.

Qeyd edək ki, AMEA üzvlüyünə seçkilər sonuncu dəfə 2007-ci ildə keçirilib.

Akademiyanın boş qalan həqiqi və müxbir üzv yerlərinə seçkilər üçün elan ötən ilin fevralında verilib. AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə əlaqədar ümumilikdə 255 nəfər sənəd verib. Elana əsasən seçki 10-u həqiqi, 30-u müxbir üzv olmaqla 40 vakant yer üzrə elan olunub. AMEA-nın akademikliyinə 34 nəfər, müxbir üzvlüyə isə 221 nəfər sənəd verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR