Əmanətlərin Sığortalanması Fondu: Azərbaycan əhalisi bank əmanətlərinin qorunmasına diqqət yetirməyə başlayıb

Əmanətlərin Sığortalanması Fondu: Azərbaycan əhalisi bank əmanətlərinin qorunmasına diqqət yetirməyə başlayıb
# 26 aprel 2013 14:25 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan əhalisi «Royal Bank» ASC-nin müflisləşməsindən və burada qorunmayan əmanətlərin batmasından nəticələr çıxarıb. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov «APA-Economics»ə açıqlamasında bildirib ki, vətəndaşlar qorunan əmanətlərə daha çox maraq göstərməyə və əmanətlərini qorunma şərtləri ilə yerləşdirməyə üstünlük verməyə başlayıblar.

Onun sözlərinə görə, ötən ilin birinci rübü ilə müqayisədə bu ilin ilk rübündə bank əmanətlərinin ümumi həcmi 23% artıbsa, qorunan əmanətlərin həcmi 33% artıb. Son bir rübdə isə əmanətlərin həcmi 9% artdığı halda, qorunan əmanətlər 13% yüksəlib: «Bu da onu göstərir ki, insanlar artıq əmanətlərinin qorunmasına fikir verirlər. Biz həmişə deyirik ki, bir bankda bir əmanətçi 30 min manat yatıra bilər. Ölkədə 42 bank var və hər birinə 30 min manat əmanət yatırsa 1 mln. 260 min manat vəsaiti bank sektorunda saxlamaq mümkündür. Bu variantda yerləşdirilsə, həmin əmanətlər qorunan və sığortalanan əmanət hesab olunur və o insanların nədənsə narahat olmağa ehtiyacı yoxdur. Çünki, hər hansı hadisə baş versə, onların əmanətləri maksimum 14 gündən sonra ödənməyə başlanır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR