Mərkəzi Bank: Xarici valyuta ehtiyatları I rübün sonu ilə müqayisədə 5,4% yüksəkdir

Mərkəzi Bank: Xarici valyuta ehtiyatları I rübün sonu ilə müqayisədə 5,4% yüksəkdir
# 12 avqust 2016 15:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-iyun ayları ilə bağlı “Pul siyasəti” icmalında bildirilib.

İcmalda qeyd olunub ki, 01 iyul 2016-cı il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4,3 mlrd. dollar təşkil edir ki, bu da I rübün sonu ilə müqayisədə 5,4% yüksəkdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalı, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR