ABŞ Səudiyyə Ərəbistanına 11,25 mlrd dollar dəyərində hərbi gəmilər satacaq

ABŞ Səudiyyə Ərəbistanına 11,25 mlrd dollar dəyərində hərbi gəmilər satacaq
# 21 oktyabr 2015 04:45 (UTC +04:00)

Bakı-APA. ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 11,25 mlrd dollar dəyərində “Lockheed Martin” tipli dörd çoxfunksiyalı hərbi gəminin satılmasını dəstəkləyib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Defense News məlumat yayıb.

İstehsalçı şirkətin nümayəndəsi təmsil etdiyi müəssisənin Səudiyyə Ərəbistanı ilə Hərbi-Hava Qüvvələrinin xətti ilə gələcəkdə əməkdaşlığın inkişaf etdirmək niyyətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR