Gürcüstan prezidenti fevralın 6-da parlament qarşısında çıxış edəcək

Gürcüstan prezidenti fevralın 6-da parlament qarşısında çıxış edəcək
# 29 yanvar 2013 00:55 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidenti fevralın 6-da parlamentdə çıxış edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, prezident 10-cu dəfə olacaq ki, ölkənin qanunvericilik orqanının tribunasından çıxış edəcək. Məlumata görə, fevralın ilk ikinci günü parlamentin yaz sessiyası başlayacaq. Prezident ilk dəfə olaraq rəhbərlik etdiyi “Vahid Milli Hərəkatı” partiyasının azlıq təşkil etdiyi parlamentdə çıxış edəcək.

Qeyd edək ki, prezidentin parlamentdə olacaq çıxışı artıq hər il ənənə kimi qəbul edilib. Bu dəfə də keçən illərdəki kimi Mixail Saakaşvili ölkədə baş verən vacib hadisələr haqqında parlament qarşısında çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR