Tovuzda iki avtomobil toqquşub, ölənlər və yaralananlar var

Tovuzda iki avtomobil toqquşub, ölənlər və yaralananlar var
# 04 iyun 2015 08:03 (UTC +04:00)

Tovuz. Azər Məmmədli-APA. Azərbaycanın Tovuz rayonunda 3 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyunun 4-də səhər saatlarında rayonun Əlibəyli kəndinə gedən yolda qeydə alınıb. Əlibəyli kənd sakini, 1991-ci il təvəllüdlü Rəhman Tağıyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə qarşı tərəfdən gələn “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ 2106”-nın sürücüsü və sərnişinləri - 1968-ci il təvəllüdlü Mübariz Allahverdiyev və 1954-cü il təvəllüdlü Şahniyar Cəfərov hadisə yerində ölüblər. Maşında olan 3 sərnişin - Əlibəyli kənd sakinləri, 1980-ci il təvəllüdlü Vüsal Məhərrəmov, 1975-ci il təvəllüdlü Elxan Allahverdiyev və 1974-cü il Hafiz Abdullayev müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR