BDU-da Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
# 25 fevral 2013 11:07 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov Xocalı soyqırımı haqqında danışaraq bildirib ki, faciə insanlıq tarixində görünməmiş hadisədir və bu faciənin dünyada analoqu yoxdur: “Minlərlə insanın həlak olduğu faciə bizim tariximizdə qanlı səhifəyə çevrilib. Xocalı sakinləri öz torpaqlarında ermənilər tərəfindən amansızcasına qətlə yetiriliblər. Artıq bu faciəyə hüquqi qiymət verilib. Bu kimi tədbirlərin keçirilməsində məqsəd odur ki, hamımız nəticə çıxarmalıyıq ki, bu hadisələr birdə təkrar olunmasın”.

Sonra Filologiya fakültəsinin tələbələri xalq şairi Zəlimxan Yaqublunun “Xocalım, ay Xocalım” şeirini səsləndiriblər. Universitetin dram teatrı Xocalı faciəsinə həsr olunan haqqında tamaşa göstərdikdən sonra 15 dildə “Xocalıya ədalət!” şüarı səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR