YAP Gənclər Birliyinin sədr müavini Almaniyanın hakim gəncləri ilə görüşüb - FOTO

YAP Gənclər Birliyinin sədr müavini Almaniyanın hakim gəncləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 01 mart 2013 08:10 (UTC +04:00)

Bakı – APA. Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələr üzrə sədr müavini Ramin Məmmədov Berlin şəhərində Almaniyanın hakim partiyası olan Xristian Demokratlar Partiyasının (CDU) gəncləri ilə görüşüb.

DAGB-dən APA-ya verilən xəbərə görə, görüşdə əsasən iki ölkə gəncləri arasında birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, Avropa və Azərbaycan gənclər təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan əlavə, Ramin Məmmədov Rumıniyanın Kluj şəhərində “Democratic Youth Community of Europe” (DEMYC) təşkilatının qurultayında iştirak edəcək. Səfər çərçivəsində Azərbaycan gənclər təşkilatlarının DEMYC-ə üzv olması, yaxın zamanlarda DEMYC rəhbərliyinin Azərbaycana səfəri və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub. Qurultay çərçivəsində R.Məmmədov Azərbaycanda gənclər siyasəti və gənclər təşkilatlarının fəaliyyət istiqamətləri mövzusunda çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR