Dövlət Sərhəd Xidmətinin rəisi: “Son illər Azərbaycanda sərhədpozma cəhdlərinin sayı azalıb”

Dövlət Sərhəd Xidmətinin rəisi: “Son illər Azərbaycanda sərhədpozma cəhdlərinin sayı azalıb”
# 14 mart 2013 09:17 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə DSX rəisi, general-leytenant Elçin Quliyev bildirib.

Generalın sözlərinə görə, bu azalmaya sərhəd mühafizəsinin texniki baxımdan inkişafı da öz müsbət təsirini göstərir: «Bizim texniki mühafizə imkanlarımızın yüksəlməsi artıq sərhəd pozma hallarının azalması ilə müşayiət olunur. Hazırda Azərbaycanın dövlət sərhədlərində vəziyyət tam sabitdir və nəzarət altındadır».

General E. Quliyev Sərhəd Qoşunlarında tibb xidmətinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirildiyini də vurğulayıb: “Hazırda DSX-nin yeni hərbi hospitalı inşa olunur. Yeni hospitalın 2015-ci ilədək istifadəyə verilməsi planlaşdırılır”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR