Bank Of Baku

Üç gün əvvəl Kür çayında batan 11 yaşlı oğlanın meyiti aşkarlanıb - YENİLƏNİB

Üç gün əvvəl Kür çayında batan 11 yaşlı oğlanın meyiti aşkarlanıb  - <span style="color: red;">YENİLƏNİB
# 09 iyun 2018 20:21 (UTC +04:00)

İyunun 6-da Kür çayının Hacıqabul rayonu, Meyniman kəndi ərazisindən keçən hissəsində batan 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğlunun meyiti aşkarlanıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, cəsəd çayın Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində aşkar olunub. Meyit FHN-in müvafiq qurumlarının əməkdaşları tərəfindən sudan çıxararaq aidiyyatı üzrə təhvil verilib. 

 

*** 21.35

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində naməlum meyit aşkar olunub. APA-nın saytına istinadən verdiyi xəbərə görə,  Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri meyitin götürülməsi üçün əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR