Paşha Bank
Bank Of Baku

Kommersiya məhkəməsi sədrinin səlahiyyətləri və tərkibi müəyyənləşib

Kommersiya məhkəməsi sədrinin səlahiyyətləri və tərkibi müəyyənləşib
# 04 iyun 2019 16:10 (UTC +04:00)

 Kommersiya məhkəməsi sədrinin səlahiyyətləri müəyyənləşib.

APA-nın məlumatına görə, bu barədə “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsinin yeni 46-4-cü maddəsində (Kommersiya məhkəməsi sədrinin səlahiyyətləri) bildirilib.

Sənəddə göstərilib ki, Kommersiya məhkəməsi sədri aşağıdakı səlahiyyətlərə malikdir:
 
- Məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik etmək;

- Məhkəmə iclasına sədrlik etmək, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət etmək;

Məhkəmə aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll etmək;

- Məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının  aparılmasına rəhbərlik etmək;

- Şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil etmək;

- Azərbaycan Respublikasının qanunları ilə ona həvalə edilmiş digər səlahiyyətləri həyata keçirmək.

Qanun layihəsinə yeni 46-3-cü maddə ( Kommersiya məhkəməsinin tərkibi) də əlavə edilib.

Yeni maddəyə görə, Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR