Qazaxda iki minik avtomobilinin toqquşması zaman ölənlərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə ölənlər rayonun Kəmərli kənd sakinləri 2018-ci il təvəllüdlü M. Mehtili, 2018-ci il təvəllüdlü G. Dəryahquluyeva və 1989-cu il təvəllüdlü S. Dəryahquluyevadır.
Xəsarət alanların kimlikləri dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
***
19:46
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar da var. Qəzada ölənlərdən ikisinin azyaşlı olduğu bildirilir.
Yaralılar xəstəxanaya yerləşdirilib.