MDB-də lüks avtomobillərə ən böyük tələbat Azərbaycan və Qazaxıstandadır

MDB-də lüks avtomobillərə ən böyük tələbat Azərbaycan və Qazaxıstandadır
# 26 avqust 2015 08:36 (UTC +04:00)

Bakı - APA-Economics. MDB ölkələri arasında lüks sinfinə aid olan avtomobillərə ən çox tələbat Azərbaycan və Qazaxıstandadır.

"APA-Economics"in xəbərinə görə, bu barədə avtomobil bazarı üzrə ixtisaslaşmış “BD Live” jurnalı yazır.

Jurnal yazır ki, Azərbaycan və Qazaxıstanda "Rolls-Royce", "Mercedes Benz", BMW, "Bentley", "Maserati" və sair bu kimi nəhəng avtomobil konsernlərinin istehsal etdiyi lüks nəqliyyat vasitələrinə tələbat günbəgün artır.

BMW-nin Direktorlar Şurasının üzvü Piter Şvarsenbauer bildirib: "Biz biznesimizi Avropa və Şimali Amerikada 2% artıra bildiyimiz halda, MDB-də, xüsusilə də Azərbaycan və Qazaxıstanda biznesimiz 9% artıb. Məhz buna görə, biz bu regiona can atırıq".

"Rolls-Royce" şirkətinin rəhbərliyi də istehsal etdiyi avtomobillərə Azərbaycan və Qazaxıstanda olan tələbatdan ağızdolusu danışıb. "Biznesimiz uğurlu inkişaf etdiyi üçün biz hər iki ölkədə (Azərbaycan və Qazaxıstanda - red.) rəsmi nümayəndəlik açdıq və təqdim etdiyimiz modellərin çeşidini xeyli artırmışıq", - deyə şirkətin Qazaxıstandakı nümayəndəliyinin rəhbəri deyib.

"Bentley" şirkətindən isə bildiriblər ki, "təbii ki, Azərbaycan və Qazaxıstan bazarları Çini əvəz etməsə də, adıçəkilən ölkələrdə biznesimizin inkişafından narazı deyilik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR