Şəkidə “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Şəkidə “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
# 25 iyun 2015 18:12 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İyulun 1-dən 5-dək Şəkidə “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bəstəkarlar İttifaqından APA-ya verilən məlumata görə, festivalda Şərq və Qərb ölkələrindən gəlmiş bir sıra tanınmış musiqiçilər çıxış edəcək, müxtəlif xalqların və millətlərin musiqisi səslənəcək.

Festival günlərində Adana şəhərindən “Çukurova Semfoni” simfonik orkestrinin və C.Tağızadənin rəhbərlik etdiyi Azərbaycan Bəstəkarlar İttifaqının “Baku-Sinfonietta” orkestrinin, Yaponiya və Polşadan dəvət olunmuş ansamblların, habelə gənc muğam ifaçıları – Arzu Əliyeva və Sahib Paşazadənin çıxışları gözlənilir.

Festivalın yeniliyi isə Azərbaycanda yaşayan müxtəlif xalqların folklor kollektivlərinin nümayişi olacaq. İki gün ərzində müxtəlif xalqların – ləzgi, rus, talış, tatar, udin, tat, ingiloy, kürd, məshəti türkləri, avar və saxurlar öz mahnıları, rəqsləri və mərasimləri ilə çıxış edəcəklər.

Müxtəlif xalqların festivalda təmsil olunması bir il öncə ölkə prezidentinin sərəncamı ilə fəaliyyətə başlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR