Ermənilər cəbhəyanı kəndləri yandırıcı güllələrlə atəşə tutub

Ermənilər cəbhəyanı kəndləri yandırıcı güllələrlə atəşə tutub
# 30 sentyabr 2015 07:33 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gecə ermənilərin açdığı atəş nəticəsində Ağdamın Hacıməmmədli kəndi sakini Yavər Vəliyevə məxsus ot tayasında yanğın başlayıb.

Ərazi Ermənistan Silahlı Qüvvələrinin mövqelərindən tam müşahidə olunduğundan yanğına müdaxilə etmək mümkün olmayıb. Nəticədə 200 bağlama ot tamamilə yanaraq, külə dönüb. Alov yaxınlıqdakı tiklilərə keçməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR