“Azər-Türk Bank”ın sədri dəyişib

“Azər-Türk Bank”ın sədri dəyişib
# 03 oktyabr 2014 07:45 (UTC +04:00)

Bakı - APA-Economics. “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinın sədri Mehmet Sami Acar Özmen İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu vəzifəyə Fərhad Adıgözəlov təyin olunub.

F. Adıgözəlov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisasında təhsil alıb.

Qeyd edək ki, Bankın İdarə Heyəti sədrinin müavini Alptekin Sarigöldür. İdarə Heyətinin üzvləri vəzifələrini isə Zaur Kələşov və Pərvanə Məmmədova icra edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR