Azərbaycan, Türkmənistan və Gürcüstan TRASECA-nın inkişafı üzrə komitə yaratmaq niyyətindədir - FOTO

Azərbaycan, Türkmənistan və Gürcüstan TRASECA-nın inkişafı üzrə komitə yaratmaq niyyətindədir - <span style="color: red;">FOTO
# 20 aprel 2015 11:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Türkmənistanın paytaxtı Aşqabad şəhərində bu ölkənin Nazirlər Kabineti sədrinin nəqliyyat və rabitə məsələləri üzrə müavini Satlık Satlıkovla görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, görüşdə cəmiyyətin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti, “Gürcüstan Dəmir Yolları” SC-nin, “Azərbaycan Xəzər Gəmiçiliyi” SC-nin və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nümayəndələri iştirak ediblər.

Tədbirdə Avropa-Qafqaz-Asiya (TRASECA) beynəlxalq nəqliyyat dəhlizi üzrə Türkmənistan vasitəsilə idxal-ixrac yüklərinin tranzit daşımaları üçün əlverişli şəraitin yaradılması, iştirakçı dövlətlərin lımanlarından istifadə etməklə onlar arasında beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə komitənin yaradılması məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR