Göyçayda ev yanıb

Göyçayda ev yanıb
# 02 aprel 2013 13:28 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov – APA. Azərbaycanın Göyçay şəhərində yanğın hadisəsi baş verib. APA-nın xəbərinə görə, yanğın bu gün 15.00 radələrində Məmmədov Vidadi Ağaməmməd oğluna məxsus 200 kvadratmetr sahəsi olan iki mərtəbəli evdə qeydə alınıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb edilib. Evin 100 kvadratmetri yanıb. Yanğının genişlənməsinin və qonşu evlərə keçməsinin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR