Bakı-2015: Avropa Oyunlarının məşəli Xaçmaza gətirilib - VİDEO

Bakı-2015: Avropa Oyunlarının məşəli Xaçmaza gətirilib - <span style="color: red;">VİDEO
# 03 iyun 2015 13:37 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Birinci Avropa Oyunlarının məşəli Xaçmaz rayonuna gətirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yarışın simvolu şəhərin Bakı prospektində qurulan Oyunların rəmzi qapısında qarşılanıb.

Məşəli fəal gənc Mübariz Həsənov qəbul edib. Onun ardınca 12 nəfər növbə ilə rəmzi bir-birinə ötürərək prospekt boyunca 4100 m məsafəni qət edərək, Bayraq Meydanına gəliblər. Cüdo üzrə beynəlxalq yarışların mükafatçısı Vasif Talıblı burada quraşdırılan səhnəyə qalxaraq, çırağı alovlandırıb.

Sonra isə Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilib.

Tədbir zamanı Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx nümayiş olunub.

Məşəl Xaçmazdan Şabrana yola düşəcək. Sabah burada estafet və qarşılanma mərasimi təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR