Çexiya Serbiyaya miqrant probleminin həlli üçün 800 mln dollar ayıracaq

Çexiya Serbiyaya miqrant probleminin həlli üçün 800 mln dollar ayıracaq
# 01 sentyabr 2015 22:50 (UTC +04:00)

Bakı-APA. Çexiya miqrantlara yardım proqramı çərçivəsində Serbiyaya qaçqın probleminin həlli üçün 800 mln dollar məbləğində maliyyə yardımı ayırmağa hazır olduğunu bildirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın baş naziri Boquslav Sobotka Belqradda serbiyalı həmkarı Aleksandr Vuçiçlə birgə mətbuat konfransında bildirib.

“Çexiya miqrantların nöqteyi-nəzərindən tranzit olan ölkələrə yardım göstərmək istəyir”, deyə baş nazir bildirib.

Çexiya Şengen məkanının qalmasını dəstəkləyir və miqrantların vətəni olan ölkələrdə vəziyyətin nizamlanmasına çağırır.

Bundan əvvəl isə Macarıstan ölkəyə gələn və sığınacaq istəyən miqrantların hamısının qeydə alınacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR