Azərbaycan Dövlət Rus Dram Teatrında “Qürur və qərəz” tamaşasının premyerası keçiriləcək

Azərbaycan Dövlət Rus Dram Teatrında “Qürur və qərəz” tamaşasının premyerası keçiriləcək
# 08 aprel 2013 10:09 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva-APA. Aprelin 14-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında məşhur ingilis yazıçısı Ceyn Ostinin “Qürur və qərəz” romanı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın bədii rəhbəri xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Nikita Sazonov, geyim üzrə rəssamı Olqa Abbasova, musiqi tərtibatçısı İlqar Safat, xoreoqrafiya ustası Marina Dubovitskayadır. Tamaşada əməkdar artistlər Ömür Nağıyev, Natalya Baliyeva, aktyorlar İnna İmranova, Olqa Arsentyeva, Mariya Dubovitskaya və s. rol alıblar.

Qeyd edək ki, Ceyn Ostinin 1813-cü ildə qələmə aldığı “Qürur və qərəz” romanı bir neçə dəfə ekranlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR