Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib - FOTO - VİDEO

Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 yanvar 2015 09:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsində gömrük işçilərinin peşə bayramı münasibətilə kollegiya iclası keçirilib.

"APA-Economics"in məlumatına görə, tədbirdə çıxış edən DGK sədri Aydın Əliyev ölkədə gedən inkişaf səviyyəsindən danışıb.

Sədr Azərbaycanın iqtisadi inkişaf səviyyəsinə görə artıq 11 ildir ki dünyada lider ölkələr sırasında olduğunu bildirib: "Bu dinamika 2014-cü ildə də qorunub saxlanılıb, əvvəlki illərdə olduğu kimi, ötən il də ölkəmizin sürətli sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edib. Bugünkü böyük iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik inkişafı, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həll edilməsi Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verir".

A. Əliyev bildirib ki, dövlət müstəqilliyinin bərpasından qısa müddət sonra, 1992-ci il yanvarın 30-da yaradılmış DGK-nın Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoyub: “Məhz onun rəhbərliyi ilə 1995-ci ilin əvvəllərindən etibarən respublikada gömrük işinin yenidən qurulmasına başlanıldı. Hazırda Azərbaycan Gömrük Xidməti dünya gömrük ailəsində özünəməxsus layiqli bir yer tutub və aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirir. Bu baxımdan, Ümumdünya Gömrük Təşkilatının dünyanın 6 regionu üzrə sonuncu - Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin 2011-ci ildə Bakı şəhərində yaradılması da təsadüfi deyil. Regional Ofisin fəaliyyəti üçün Azərbaycanın seçilməsinin səbəbləri ilk növbədə ölkə rəhbərliyinin gömrük xidmətinə göstərdiyi diqqət və eyni zamanda, gömrük xidmətinin əldə etdiyi nailiyyətlər olub”.

DGK sədri dövlət başçısının 1 fevral 2007-ci ildə imzaladığı “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamının uğurlu icrasında sonra bu sahədə işlərin daha da sürətləndiyini dedi: “Azərbaycanın gömrük keçid məntəqələrində yaradılan şərait, tətbiq olunan müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ də mövcud deyil. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıqlar gömrük əməkdaşlarına işi ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. Bütün bunlar da daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsində mühüm rol oynayır”.

Sonra 2014-cü ilin fəaliyyətinin yekunları və bu il qarşıda duran vəzifələr barədə DGK sədrinin müavini Səfər Mehdiyev, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Komitənin audit və risk analizləri şöbəsinin rəisi Faiq Zeinov, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıxov, Gömrük Akademiyasının rektoru İsmayıl Ələkbərov çıxış edərək hesabat verdilər.

Sonda prezident İlham Əliyevin sərəncamı ilə gömrük fəaliyyətində fərqlənən gömrük işçilərin orden və medallarla, mükafatlarla təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR