Şamaxıda “QAZ-52” markalı yük maşını piyadanı vuraraq öldürüb

Şamaxıda “QAZ-52” markalı yük maşını piyadanı vuraraq öldürüb
# 25 oktyabr 2014 07:47 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Şamaxı şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərinin M.F.Axundov küçəsində qeydə alınıb.

“QAZ-52” markalı yük maşını həmin küçədəki 9 saylı mənzildə yaşayan 1988-ci il təvəllüdlü Mirzəyev Lətif Yaşar oğlunu öz evinin qarşısında vurub. Ağır bədən xəsarətləri alan Lətif Mirzəyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Şamaxı Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR