Roman Qriqorçuk: Yerli fanatların çılğınlığı düşünmürəm ki, bizə problem yaratdı

Roman Qriqorçuk: Yerli fanatların çılğınlığı düşünmürəm ki, bizə problem yaratdı
# 27 avqust 2015 23:12 (UTC +04:00)

“Yerli fanatların ilk dəqiqələrdən çılğınlığı düşünmürəm ki, bizə problem yaratdı. Çünki belə olacağını bilirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Panatinaikos”la cavab matçına çıxıb və meydançanı 2:2 hesablı bərabərliklə tərk edib. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından, “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Ukraynalı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib: “Azarkeşlər möhtəşəm idi. Komandalarını gözəl dəstəkləyirlər. Biz ilk qolu vurarkən komanda müdafiəyə erkən çəkildi. Bu da rəqibin hücuma atılmasına və qapımıza yol tapmasına şərait yaratdı”.

- Bundan sonakı hədəfiniz nə olacaq və Marat İzmayılov kimi oyunçu almaq fikriniz varmı?

- Elə oyunçu almaq lazımdı ki, o, tam hazır və avtoritet olsun. Tək adına yox, oyununa görə də nümunə olmalıdı. Bizim komandada güclü oyunçular var. Qayı buna misal göstərə bilərəm. Çox peşəkardı. Ad-sanı da var, oyunu da yüksək səviyyədədi. Cavan oyunçu almaq istərdik. O ki qaldı hədəfə, Avroliqada daha 6 oyun keçirəcəyik. Həmçinin çempiont və kubokda da mübarizə aparacağıq. Buna köklənmək lazımdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR