Samir Şərifov: “Azərbaycan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısına tam hazırdır”

Samir Şərifov: “Azərbaycan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısına tam hazırdır”
# 20 aprel 2015 12:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Asiya İnkişaf Bankının (AİB) Bakıda keçiriləcək Rəhbərlər Şurasının 48-ci İllik Toplantısına tam hazırdır.

APA-Economics”in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Nazir qurumun illik toplantısının Bakıda keçirilməsi haqqında qərarın 2012-ci ilin may ayında Filippinin paytaxtı Manila şəhərində Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul olunduğunu xatırladıb. S. Şərifov deyib ki, bununla əlaqədar olaraq, 2013-cü ilin fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumu” imzalanıb, ardınca isə Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü il 22 may tarixli sərəncamı ilə baş nazirin birinci müavinin sədrliyi ilə Təşkilat komitəsi yaradılıb.

Onun sözlərinə görə, may ayının 2-5-də keçiriləcək toplantıda 66 ölkədən 3000-ə yaxın nümayəndənin iştirakı gözlənilir. Nazir əlavə edib ki, dünyanın maliyyə və biznes dairələrinin diqqət mərkəzində olan bu nüfuzlu toplantı yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraqla gözlənilir. S. Şərifov qeyd edib ki, aprel ayının 1-dən 20-dək 70-dən çox yerli, 200-dək isə xarici KİV nümayəndələri tədbiri işıqlandırmaq üçün akkreditasiyadan keçib.

Nazir deyib ki, təşkilat komitəsi tərəfindən www.adb2015.az saytı yaradılıb və İllik Toplantı ilə bağlı bütün məlumatlar mütəmadi olaraq bu saytda yerləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR