Daha bir Rusiya aviaşirkəti Qəbələyə uçuşlar yerinə yetirəcək

Daha bir Rusiya aviaşirkəti Qəbələyə uçuşlar yerinə yetirəcək
# 04 iyul 2014 10:09 (UTC +04:00)

APA-Economics”in şirkətə istinadən verdiyi məlumata görə, uçuşlar həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.

İlk uçuş iyulun 12-də Domodedovo hava limanından reallaşdırılacaq. Belə ki, “Airbus A320” təyyarəsi saat 17:10-da havaya qalxacaq və 20:45-də Qəbələyə enəcək. Reys uçuşları bu qrafiklə oktyabrın 25-ə qədər yerinə yetiriləcək.

İyulun 15-dən isə aviareyslər həftənin çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək. Moskvadan 16:55-də havaya qalxacaq təyyarənin 20:30-da Qəbələyə enməsi nəzərdə tutulub. Uçuşlar bu cür qrafiklə oktyabrın 23-ə kimi reallaşdırılacaq.

Qeyd edək ki, hazırda Moskva-Qəbələ reysini “Ural Hava Yolları” həyata keçirir. Uçuşlar həftənin çərşənbə (09:40), cümə və bazar (11:30) günləri yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR