Yəmən ordusu “Əl Qaidə”nin ələ keçirdiyi Marib şəhərini mühasirəyə alıb

Yəmən ordusu “Əl Qaidə”nin ələ keçirdiyi Marib şəhərini mühasirəyə alıb
# 25 aprel 2015 23:35 (UTC +04:00)

Bakı-APA. Üsyançı husiləri dəstəkləyən Yəmən ordusunun birləşmələri paytaxt Sanadan 120 km şərqdə yerləşən Marib şəhərini mühasirəyə alıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Əl Mayadin telekanalı məlumat yayıb.

Üsyançı hərəkatın nümayəndəsi Əhməd əl Cuneyd telekanala verdiyi açıqlamada ölkənin şimal-şərq bölgəsinin böyük hissəsinin “Əl Qaidə” terrorçularını təqib edən ordu qüvvələrinin və husilərin nəzarətinə keçdiyini bildirib.

Onun sözlərinə görə, Marib şəhəri yaxın saatlarda azad ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR