Səhiyyə Nazirliyi: Bakı sakinləri arasında vaxtaşırı həkim müayinəsindən keçmək populyarlaşır - FOTO

Səhiyyə Nazirliyi: Bakı sakinləri arasında vaxtaşırı həkim müayinəsindən keçmək populyarlaşır - <span style="color: red;">FOTO
# 16 dekabr 2014 08:11 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bakı sakinləri arasında sağlam həyat tərzinə dair keçirilən sosioloji sorğunun nəticələri elan edilib.

APA-nın məlumatına görə, Səhiyyə Nazirliyi, “Ümid” İctimai Birliyi və “Coca-Cola”nın “Sağlam ol” birgə araşdırma layihəsi çərçivəsində keçirilən layihənin məqsədi cavabların dinamikliyini ölçərək əhalinin sağlam həyat tərzinə qarşı münasibətini müəyyən etmək olub.

Keçirilən sorğu haqda məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, bu cür sorğuların keçirilməsi cəmiyyət üçün çox vacibdir: “Sorğunun nəticələrindən də hiss olunur ki, insanlar arasında artıq həkim müayinəsindən vaxtaşırı keçmək bir növ adət halı alıb və bu da sevindiricidir”.

A.Qədirli onu da əlavə edib ki, sorğu yaşı 18-64 olan, Bakı və şəhərətrafı ərazilərdən 1000 nəfərdən artıq əhalini əhatə edib: "Respondentlərin 49 faizi qadın, 51 faizi kişi olub. Aparılan araşdırma sağlam həyat tərzinin populyarlaşdırılmasının zəruriliyini, ona mane olan səbəbləri, həmçinin əhalinin fiziki aktivliyə ümumi yanaşmasını müəyyən edib. Araşdırmanın nəticələrinə əsasən, sorğu iştirakçılarının 83 faizi güclü fiziki fəaliyyətlərlə, 70 faizi isə orta səviyyəli fiziki aktivliklə belə məşğul olmur. Bu cür fəaliyyətlərlə məşğul olanların həftəlik orta göstəricisi 1,5 gün təşkil edir. Respondentlərin 16 faizi pəhriz saxlayır".

"Ümid" İctimai Birliyinin icraçı direktoru İsrail İsgəndərov isə bildirib ki, respondentlərin 96 faizi piyada gəzintiyə hər gün orta hesabla 10 dəqiqə ayırır: "Bundan başqa, sorğu iştirakçılarının demək olar ki, yarısı həkimə yalnız ciddi sağlamlıq problemləri olanda gedirlər. Respondentlərin 36 faizi ildə bir dəfə həkimə ümumi yoxlamaya, 56 faizi ümumi müayinəyə gedirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR