Azərbaycan ilə Aİ arasında Assosiasiya Sazişi üzrə danışıqlarda irəliləyiş əldə olunub

Azərbaycan ilə Aİ arasında Assosiasiya Sazişi üzrə danışıqlarda irəliləyiş əldə olunub
# 15 aprel 2013 17:36 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Azərbaycan ilə Avropa İttifaqı arasında Brüsseldə keçirilmiş Assosiasiya Sazişi üzrə plenar sessiyada müxtəlif sahələrdə irəliləyiş əldə olunub.

Bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.

Onun sözlərinə görə, irəliləyiş xüsusən hüquq məsələləri üzrə əldə olunub.

Kobia qeyd edib ki, bu danışıqlar Vilnüs sammitinə qədər başa çatacaq.

“Biz həmçinin iqtisadi sahədə də müəyyən irəliləyiş əldə etmişik və bəzi məsələlər artıq bağlanıb”, deyə Kobia bildirib.

O vurğulayıb ki xarici siyasət və təhlükəsizlik məsələləri üzrə danışıqlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR