“Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və videosüjet müsabiqəsi elan edilib

“Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və videosüjet müsabiqəsi elan edilib
# 30 sentyabr 2014 13:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. "Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi "Azərbaycanda "Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və videosüjet müsabiqəsi elan edir.

RYTN-nin mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumata görə, "Mənim E hökum@im” adı altında "Ən yaxşı məqalə” və "Ən yaxşı videomaterial” olmaqla 2 (iki) nominasiya üzrə nəzərdə tutulmuş müsabiqənin elan edilməsi üçün BMM-də təqdimat keçiriləcək. Təqdimatda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli nümayəndələri, jurnalistlər, ictimai xadimlər iştirak edəcək.

Müsabiqənin məqsədi və vəzifələri dövlət orqanları tərəfindən təqdim edilən elektron xidmətləri geniş kütləyə çatdırmaq, “Elektron hökumət” portalının (e-gov.az) populyarlığını artırmaq, yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq, portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmazlıqları araşdırmaqdan ibarətdir.

Müsabiqə “Elektron hökumət” nədir? “Elektron hökumət” portalına nə üçün ehtiyacımız var? Ölkənizdə “Elektron hökumət” necə fəaliyyət göstərir? “Elektron hökumət”in cəmiyyətimiz üçün faydaları” mövzuları əhatə etməlidir.

Müsabiqənin tələbləri və mükafat fondu yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Müsabiqə barədə əlavə məlumatları “Elektron hökumət” portalından (www.e-gov.az), eləcə də RYTN-in Mətbuat xidmətindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR