Ombudsman nümayəndələri müvəqqəti saxlanma yerlərinə başçəkmələr həyata keçiriblər

Ombudsman nümayəndələri müvəqqəti saxlanma yerlərinə başçəkmələr həyata keçiriblər
# 25 fevral 2013 16:07 (UTC +04:00)

Bakı – APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən yeni istifadəyə verilmiş Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 1 və 4-cü polis bölmələrinə, Abşeron Rayon Polis Şöbəsinin MSY-nə başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrdə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanılma şəraiti, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.

Qrupun üzvləri başçəkmələr zamanı adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitini öyrənib, onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər.

Qəbul olunmuş şəxslər müəssisə əməkdaşlarının rəftarı və saxlanılma şəraiti ilə bağlı şikayət etməyiblər. Adı çəkilən MSY-lər standartlara cavab verir.

Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR