Qaradağda meyvə bağı yanıb

Qaradağda meyvə bağı yanıb
# 19 iyun 2016 19:53 (UTC +04:00)

Bakı-APA. Bakının Qaradağ rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qaradağ rayonunda vətəndaşa məxsus meyvə bağlarında quru ot, kol-kos və meyvə ağacları 1 ha sahədə yanıb.

Yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR