Azərbaycanla İranın gömrük xidmətlərinin rəhbərləri görüşüb - FOTOSESSİYA

Azərbaycanla İranın gömrük xidmətlərinin rəhbərləri görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 30 sentyabr 2014 10:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda səfərdə olan İran Gömrük İdarəsinin rəhbəri, iqtisadiyyat və maliyyə işləri üzrə nazir müavini Məsud Kərbasiyan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşüb.

APA-Economics”in xəbərinə görə, A. Əliyev bildirib ki, iki ölkə arasında dostluq münasibətləri, eyni zamanda siyasi iradə gömrük orqanlarının mövcud əlaqələrini daha da yaxşılaşdırmağa imkan verir və bu imkandan maksimum istifadə ediləcək.

M. Kərbasiyan isə İran və Azərbaycan arasında gömrük sahəsində həll olunmamış heç bir məsələnin qalmayacağına əminliyini qeyd edib.

Tərəflər ticarət dövriyyəsinin artırılmasında gömrük orqanlarının rolu və əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri, sərhəd-keçid məntəqələrindəki vəziyyət, gömrük güzəştlərinin artırılması, Astara və Biləsuvar gömrük-keçid məntəqələrinin fasiləsiz işinin təşkili məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, görüşdən əvvəl İran nümayəndə heyətinin üzvləri Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR